AZ

Elman Rüstəmova məxsus olduğu deyilən bank cərimələnə bilər

“Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində inzibati iş başlanıb. 

Valyuta.az xəbər verir ki, bank İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə ittiham edilir. 

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. 

Elməddin Hüseynov iş üzrə hakim təyin edilib. 

518.1-ci maddəyə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

“Bank Respublika” Mərkəzi Bankın keçmiş rəhbəri Elman Rüstəmovun bankı kimi tanınır.

Hüseyn
 

Seçilən
87
8
Mənbələr
Şərh ()
Bağla