AZ

İsrail 30-dan çox ölkədən İrana qarşı sanksiyalar tətbiq etməyi istəyir

İsrail Xarici İşlər Nazirliyi 32 ölkəni İranın raket proqramına qarşı sanksiyalar tətbiq etməyə və İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etməyə çağırıb.

Editor.az xəbər verir ki, departamentin rəhbəri İsrael Katz bu barədə sosial şəbəkədə yazıb. Xarici işlər naziri qeyd edib ki, raket və pilotsuz uçuş aparatlarının (PUA) buraxılışına hərbi müdaxilə etməklə yanaşı, İrana qarşı diplomatik hücum həyata keçirir. Katz aprelin 16-da səhər saatlarında dünyanın 32 ölkəsinə məktublar göndərdiyini, həmçinin onlarla xarici işlər naziri və dünyanın aparıcı simaları ilə görüşdüyünü, İranın raket proqramı ilə bağlı sanksiyaların tətbiq edilməsini və İnqilab Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınmasını tələb etdiyini bildirib. O, bunu İranı “ zəiflətmək” üçün bir yol kimi görür.

//Gülnarə Abasova, Editor.az

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla