AZ

İsrailli nazir 30-dan çox ölkəyə müraciət ünvanladı

İsrailin xarici işlər naziri İsrael Katz 30-dan çox ölkəyə çağırış edib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Mən 32 ölkəyə məktublar göndərdim və dünyanın onlarla xarici işlər naziri və aparıcı simaları ilə danışdım, İranın ballistik raket layihəsinə qarşı sanksiyalar tətbiq etməyə və İranı cilovlamaq və zəiflətmək üçün İranı cilovlamaq və zəiflətmək üçün "Sepah"ı terror təşkilatı adlandırmağa çağırdım” .

XİN rəhbəri xüsusilə, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya, Fransa, Hindistan, Ukrayna, Yaponiya və digər ölkələrin nümayəndələrinə məktublar göndərib.

Katz əlavə edib: "İran çox gec olmadan dayandırılmalıdır".


Telegram kanalımız
Seçilən
43
Mənbələr
Şərh ()
Bağla