AZ

İranda İsrailə görə iki qəzet və bir jurnalistə qarşı cinayət işi açıldı

Tehran şəhərinin prokurorluğu iqtisadi qəzet olan "Cahani sənət" və "Etimad" qəzetlərinə qarşı cinayət işi açıb.

Bu barədə media fəalları məlumat yayıb.

Hər iki qəzet "cəmiyyətin psixoloji təhlükəsizliyini pozmağa və ölkənin iqtisadi mühitini gərginləşdirməyə yönəlmiş materiallar dərc etmək"də günahlandırılıb.

Qeyd edək ki, "Cahani sənət" qəzeti aprelin 14-də İran və İsrail arasındakı gərginliyin iqtisadi nəticələri və birjanın çökməsi ilə bağlı yazı dərv edib.

Bununla yanaşı İranın Təhlükəsuizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) keçmiş əməkdaşı, məşhur jurnalist və şərhçi Abbas Əbdiyə qarşı da eyni ittiham irəli sürülüb.

visiontv.az



Seçilən
35
Mənbələr
Şərh ()
Bağla