AZ

Tibb aləmində tükürpədən nadir hadisə: 91 yaşlı qadının hamilə olduğu üzə çıxdı

Çində qarın ağrısı ilə xəstəxanaya müraciət edən 91 yaşlı qadının hamilə olduğu üzə çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 56 il əvvəl hamilə qaldığını deyən qadın körpəsinin hələ 3 aylıq olarkən öldüyünü bildirib. Maddi imkansızlıq ucbatından dölü abort edə bilməyən qadın 56 il ölmüş uşağını bətnində gəzdirib.

Oxşar hadisə Braziliya mətbuatında əks olunan xəbərlərdə də qeydə alınıb.

7 uşaq anası 81 yaşlı Daniela Almeyda Vera ağrıdığı üçün xəstəxanaya aparılıb. Aparılan müayinələr nəticəsində onun bədənində 56 yaşlı körpə aşkarlanıb. 3D skanlarda aydın şəkildə görünən daşlaşmış körpə normal şəraitdə 1968-ci ildə dünyaya gələcəkmiş. Tibb aləmində “litopedion” kimi tanınan dölün çıxarılması üçün əməliyyat olunan Daniela Almeyda Vera əməliyyatdan sağ çıxa bilməyib və dünyasını dəyişib.

Mətbuata açıqlama verən qadının qızı anasının həkimə getməyi sevmədiyini, xəstəxanadan qorxduğunu bildirib.

Seçilən
79
1
Mənbələr
Şərh ()
Bağla