AZ

Banqladeşdə yol-nəqliyyat hadisəsində 13 nəfər ölüb

Banqladeşdə

Pekin, 16 aprel, AZƏRTAC

Banqladeşdə avtobusun yük avtomobili ilə toqquşması nəticəsində 13 nəfər həlak olub.

AZƏRTAC Banqladeş mediasına istinadla xəbər verir ki, hadisə aprelin 16-da yerli vaxtla səhər saat 6:00 radələrində Faridpur rayonunda baş verib. Rayon polisinin məlumatına əsasən, 11 nəfər hadisə yerində, ağır yaralanmış iki nəfər isə xəstəxanada ölüb. Ölənlər yük avtomobilindəki sərnişinlər olub.

Qeyd edək ki, Banqladeşdə Ramazan bayramı və Benqal yeni ili ilə əlaqədar tətil günlərində, yəni aprelin 8-dən 14-dək baş verən yol-nəqliyyat hadisələrində 122 nəfər həyatını itirib, 195 nəfər xəsarət alıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla