AZ

Fəqan Şahverdiyev: Müsadirə olunan narkotik vasitələrin “qara bazar” qiyməti 116 milyon 815 min AZN təşkil edir

Fəqan

Bakı, 16 aprel, AZƏRTAC

1 741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kiloqram 169,392 qram və 62 700 ədəd həb (1 ton 527 kiloqram 101,231 qram heroin, 1 ton 372 kiloqram 034,257 qram marixuana, 172 kiloqram 565,992 qram tiryək, 93 kiloqram 610,043 qram həşiş, 145,697 qram kokain və 60596 ədəd həb metadon, 372 kiloqram 265,438 qram və 2104 ədəd psixotrop maddə) müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və 58 860 ədəd çətənə bitkisi, həmçinin 3 877 ədəd həb, 19 341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qram narkotik vasitələri aprelin 16-da yandırma üsulu ilə məhv edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Fəqan Şahverdiyev jurnalistlərə açıqlamasında söyləyib.

F.Şahverdiyev bildirib ki, müsadirə olunan narkotik vasitələrin “qara bazar” qiyməti 116 milyon 815 min AZN təşkil edir.

“Burada 2022-ci, 2023-cü və 2024-cü illərdəki məhkəmə hökmləri də var. Belə ki, həmin illərdə yalnız barələrində məhvetmə qərarı qəbul edilmiş, maddi sübutlarla bağlı istintaqı başa çatmış, məhkəmə tərəfindən araşdırılması bitmiş və barələrində məhv etmə qərarı çıxmış maddi sübutlarla bağlı məhkəmə qətnamələri əsasında məhvetmə prosesi həyata keçirilir. Bütün bunlar ümumilikdə ölkə ərazisində aşkarlanan, götürülən narkotik vasitələrlə bağlıdır. Aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə proses davam etdirilir”, - deyə Fəqan Şahverdiyev əlavə edib.

 

Seçilən
104
8
Mənbələr
Şərh ()
Bağla