AZ

KİV: Rusiya, Ukrayna və Türkiyənin Qara dənizlə bağlı danışıqları nəticəsiz qalıb

Rusiya, Ukrayna və Türkiyənin Qara dənizdə gəmilərin sərbəst keçidinin təmini ilə bağlı apardıqları iki aylıq danışıqlar nəticəsiz qalıb.

APA-nın məlumatına görə, bunu “Reuters”ə həmin müzakirələrdə iştirak edən mənbə bildirib.

Onun sözlərinə görə, buna səbəb rəsmi Kiyevin müzakirələrlə bağlı yekun mövqeyini açıqlamaması olub.

Əlavə olunub ki, imzalanacaq sənədin mətni mart ayında razılaşdırılsa da, sonradan Ukrayna hakimiyyəti mövqeyini dəyişib.

Tərəflər yaranmış vəziyyətlə bağlı açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, razılaşmada deyilir ki, Türkiyənin vasitəçiliyi ilə tərəflər Montro Konvensiyasının ticarət gəmilərinin Qara dənizdən sərbəst və təhlükəsiz keçidini təmin etməyi öhdələrinə götürürlər.

Martın 30-da imzalanmalı olan razılaşma Moskva ilə Kiyevin üzərinə Qara dənizdən keçən gəmilərin təhlükəsizliyini təmin etmək vəzifəsini də qoyur. Təhlükəsizlik deyəndə, həmin gəmilərə atəş açılmaması və onların üzərinə həbs qoyulmaması nəzərdə tutulur. Lakin razılaşmanın müddəaları hərbi gəmilərə, eləcə də hərbi təyinatlı yük daşıyan sərnişin gəmilərinə şamil edilmir.

Qeyd edək ki, tərəflər arasında əldə olunacaq razılaşma dərhal qüvvəyə minməli idi.

Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla