ABŞ-da qəzaya uğrayaraq okeana düşən təyyarənin pilotu iti ilə birlikdə sahilə üzməyi bacarıb.
Publika.az xəbər verir ki, b barədə KTLA məlumat yayıb.
Təyyarə aprelin 15-də Kaliforniya sahillərində qəzaya uğrayıb. Düşən təyyarəni öz gözləri ilə görən hadisə şahidlərindən ilk zənglər saat 17:20-də təcili yardım xidmətlərinə daxil olmağa başlayıb.
Xilasedicilər zərərçəkənlərin axtarışına göndərilib, lakin onların köməyinə ehtiyac olmayıb. Pilot və iti üzərək sahilə çıxa biliblər.