AZ

Qızıl əskinaslar buraxıldı - VİDEO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində bir şirkət 155 dirhəm nominalında qızıl əskinasları buraxıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, əskinas 0,1 qram 24 karat qızıldan ibarət kağızdan hazırlanıb və Dubayın görməli yerlərini əks etdirir.

Qeyd olunub ki, əskinasların xüsusi seriya nömrəsi var, lakin ödəniş vasitəsi deyil.

Əskinasın qiyməti 159 dirhəm və ya 43 dollardır və onu Dubay Qızıl Bazarında "Dian Jewellery" və "Shantilal Jewelers" mağazasında almaq olar.

Musavat.com

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla