AZ

"Honda" Avtomobil Mərkəzinin işi məhkəməlik oldu

Dövlət Gömrük Komitəsi (DGK) "Yenimotor" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində cərimə protokolu tərtib edib.

"Unikal"ın məlumatına görə, "Yenimotor" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub. Protokol baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.

İşə hakim Vaqif Həsənovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, "Yeni Motor" MMC avtomobil istehsalçısı olan "Honda" şirkətinin Azərbaycandakı rəsmi distribüteridir.

Murad İbrahimli

Seçilən
36
28
Mənbələr
Şərh ()
Bağla