AZ

Kanadalı hokkeyçi 21-ci əsrdə ilkə imza atdı

“Edmonton Oylers” komandasının forvardı Konnor Makdevid MHL-in müntəzəm çempionatında 100-cü məhsildar ötürməsini edib.

27 yaşlı kanadalı “San Xose Şarks” ilə görüşdə (9:2) 2 (1+1) xal toplayıb. Hazırda onun aktivində 132 (32+100) xal var.

Makdevid müntəzəm çempionatda liqa tarixində 100 assist edən dördüncü və 21-ci əsrdə ilk oyunçu olub. Bundan əvvəl yalnız Bobbi Orr, Veyn Qretski (11 dəfə) və Mario Lemye buna nail olublar.

Əlavə edək ki, “Tampa Bey Laytinq”in rusiyalı hücumçusu Nikita Kuçerov da 100 məhsuldar ötürmənin bir addımlığındadır. Hazırda onun aktivində 99 məhsuldar ötürmə var.

Aprelin 18-də “Tampa” doğma meydanda “Toronto” ilə qarşılaşacaq.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla