AZ

Okeana düşən pilot sahilə qədər üzməyi bacarıb

ABŞ-da təyyarəsi okeana düşən pilot iti ilə birlikdə sahilə üzərək çıxa bilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, pilotun təyyarəsi ötən bazar ertəsi, aprelin 15-də Kaliforniya sahillərində qəzaya uğrayıb. Təyyarənin qəzaya uğradığını görən şahidlər yerli vaxtla saat 17:20-də təcili yardım xidmətlərinə zəng ediblər.

Zərərçəkənlərin axtarışına helokopterlə xilasedicilər göndərilib, lakin onlar pilota kömək edə bilməyiblər. Pilot özü üzərək sahilə çıxa bilib, iti də onunla birlikdə üzüb.

Sahildə onları şerifin müavinləri qarşılayıb.

Musavat.com

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla