Bakı. Trend:
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərininmaaşlarına əlavənin verilmə müddəti uzadılıb.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərarimzalayıb.
Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyindəyaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növkoronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrəambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarınamüddətli əlavənin verilməsi aprelin 2-dən iyulun 1-dəkuzadılıb.