AZ

Türkiyə Qəzzaya daha bir humanitar yardım gəmisi göndərəcək

Ankara, 16 aprel, AZƏRTAC

Türkiyədən Qəzza zolağına humanitar yardım daşıyan sayca doqquzuncu gəmi bu gün Mersin limanından yola düşəcək.

AZƏRTAC xəbər verir ki, 3 774 ton həcmində olan yardım Türkiyənin Qızıl Ay cəmiyyəti xətti ilə toplanıb. Gəmi təxminən 40 saatdan sonra dəniz nəqliyyatı baxımından Qəzzaya ən yaxın bölgə sayılan Misirin El-Ariş limanına çatacaq.

Daha sonra humanitar yardım yük maşınları ilə “Rəfah” sərhəd qapısına daşınacaq və Fələstin tərəfinəə təhvil veriləcək.

Türkiyənin Qızal Ay və AFAD təşkilatları, son aylarda Fələstinə 13 təyyarə və 8 səkkiz gəmi ilə ümumilikdə 39 min 697 ton humanitar yardım göndərib.

Ramin Abdullayev

AZƏRTAC -ın xüsusi müxbiri

Ankara

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla