AZ

Güzəştli kreditlərin həcmi artıb: kimlərə verilir? - Açıqlama

"Azərbaycanda sahibkarlara tətbiq olunan güzəştli kreditlərin həcmində artımlar var. Xüsusən Qarabağ və Şərqi Zəngəzurda investisiya qoyuluşu həyata keçirən sahibkarlar üçün uzunmüddətli vergi güzəştləri, kredit faizlərinin subsidiyalaşdırılması həyata keçirilir. Məqsəd sahibkarlığın inkişafına dəstək olmaq, yeni startapların yaradılmasını təşviq etmək və işğaldan azad olunmuş ərazilərimizə daha çox sərmayənin cəlb edilməsinə nail olmaqdan ibarətdir”.


Bakupost.az xəbər verir ki, bunu iqtisadçı millət vəkili Vüqar Bayramov deyib.

O qeyd edib ki, hazırda ölkədə startapların yaradılması daha prioritetdir. Startaplarla bağlı Vergi Məcəlləsində də xüsusi güzəştlər nəzərdə tutulub:

“Xüsusən biznes ideyalarının reallaşması üçün sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması çox vacibdir”.

Sevinc
BakuPost
Seçilən
34
Mənbələr
Şərh ()
Bağla