AZ

Basketbol Federasiyasının baş katibi: Qarşımıza qoyulan maksimum hədəfə çatdıq

Basketbol

Bakı, 16 aprel, AZƏRTAC

"Federasiya olaraq qarşımıza qoyulan maksimum hədəfə çatdıq".

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Federasiyanın baş katibi Vüqar Əzimov milli komandanın “Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqə qazanması barədə danışarkən deyib.

O, nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Bütün görüşlərimiz gərgin keçdi. Monqolustanla matçda Tiffani Heysin zədə alması bizə çətinlik yaratdı. Qrupdan çıxmağı təmin etdiyimiz üçün Tiffanini yarımfinal görüşünə saxladıq. Risk etmək fikrimiz yox idi".

Federasiya rəsmisi yarımfinal və final oyunlarının unudulmaz keçdiyini söyləyib: "Polşa ilə final görüşündə Aleksandr Molenhauerin son topundan sonra yaşadığımız hissləri növbəti gün dərk etməyə çalışdıq. Hər şey inanılmaz idi. Buna görə bütün komandaya təşəkkür edirəm. Azərbaycan Basketbol Federasiyası olaraq qarşımıza qoyulan maksimum hədəfə çatdıq".

Qeyd edək ki, Azərbaycan millisi Honkonqda keçirilmiş Təsnifat Turnirinin B qrupunda Çili və Monqolustanı məğlub edib. Komanda son oyunda Niderlanda uduzsa da, yarımfinala vəsiqə qazanıb. Yığma 1/2 finalda Macarıstana, finalda isə Polşaya qalib gələrək Paris Olimpiadasında iştirak hüququ əldə edib.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla