AZ

Sinan Ergin Bakıda bir günlük master klass keçəcək

Türkiyənin liderlik üzrə tanınmış eksperti Sinan Ergin Bakıda 1 günlük Master Class keçirəcək!

İş həyatında fərqli başlanğıc etmək, yeniliklər etmək, qarşımıza çıxacaq olan problemləri necə motivasiya ilə həll etməyi öyrənmək, daim müsbət enerji ilə iş həyatına baxmaq istəyənlər üçün nəzərdə tutulub.

Sinan Ergin kimdir?

O, Türkiyənin liderlik, satış və marketinq sahələrində tanınmış eksperti, bestseller olan “Neden?”, “Canlı Yaşa”  kitabının müəllifi və Türkiyənin aparıcı treninq şirkəti olan “Live Academy” şirkətinin qurucusudur.

Sinan Ergin “Turkcell”, “Pegasus”, “BT Telecom”, “Garanti Bank”, “Akbank”, “Amex Credit Card”, “Ziraat Bank Insurance”, “Allianz”, “Yapı Kredi Bank”, “Anadolu Life Insurance”, “Knauf”, “Tchibo”, “Ariston”, “Doğan Holding”, “Sabancı Holding”, “Adidas”, “Nike”, “Club Med”, “Loreal”, “Migros”, “Pepsi”, “Efes”, “Pfizer” kimi bir çox nəhəng şirkətlərin əməkdaşları üçün treninqlər keçirir. Hər il 30.000-dən artıq insan Sinan Erginin treninqlərindən faydalanır.

"Kendine koç ol"

Sinan Erginin treninqləri xüsusi olaraq qısa müddət ərzində maksimal nəticə əldə etmək istəyənlər, yeni bacarıqlar öyrənmək, bu bacarıqları tətbiq edib iş həyatında daha səmərəli çalışıb, hədəflərə çatmaq istəyənlər üçün nəzərdə tutulub. Tədbirin iştirakçıları fərqli Korporativ şirkət işçilərindən və dövlət qurumları nümayəndələrindən ibarətdir. Bəlli bir hədəfə çatmaq istəyən, özünə yatırım etmək istəyən hər kəsi təlimə dəvət edirik.

Təşkilatçılar: Hoffman Co / Live Academy Turkey 

Qeydiyyat

 

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla