AZ

Zidan Riberi ilə birlikdə qayıdır

“Bayern” yeni baş məşqçisini müəyyənləşdirmək üçün əməli addımlar atmağa başlayıb. Mövsümün sonunda Tomas Tuhellə yollarını ayıracaq münhenlilər, namizədlər siyahısını kiçildib.

Futbolinfo.az xəbər verir ki, hazırda Bundesliqa təmsilçisini çalışdırmağa iki real namizəd var. Onlardan biri Yulian Naqelsmandır. Ötən mövsümün sonunda gözlənilmədən “Bayern”i tərk edən gənc mütəxəssis hazırda Almaniya millisini çalışdırır. Onun müqaviləsi yayda, Avropa Çempionatından sonra başa çatacaq. Hazırda yeni müqavilə ilə bağlı danışıqlar aparan Naqelsman eyni zamanda “Bayern” rəhbərliyi ilə də görüşür.

Digər namizəd isə Zinəddin Zidandır. “Real”la böyük uğurlar qazanan, amma başqa klubda işləməyən fransalı münhenlilərin dəvətini qəbul etmək niyyətinə düşüb. İlkin razılığın əlamətidir ki, artıq ona Frank Riberinin yardım edəcəyi deyilir. Menhen klublarında uzun müddət oynamış sabiq yarımmüdafəçi yaxınlarda köməkçi-məşqçi olduğu “Salernitana”dan ayrılaraq “Bayern” akademyasında işləmək istədiyini bildirmişdi. İndi isə onun Zidanla birlikdə işləmək variantı ortaya çıxıb və çox realdır.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla