AZ

ABŞ Rusiyanın nəhəng layihəsini hədəf aldı

ABŞ sanksiyalar tətbiq etməklə Rusiyanın qaz hasilatı və emalı layihəsi olan “Arctic LNG-2”-ni pozmaq niyyətində olduğunu birbaşa bəyan edir.

Publika.az xəbər verir ki, “The Wall Street Journal”-a görə, bir çox dövlətlərin kömürdən istifadədən imtina etdiyi bir vəziyyətdə bu layihə Rusiya Federasiyasına əhəmiyyətli dividendlər gətirə bilər.

Məqalə müəllifləri “Arctic LNG 2”-nin tikintisini “açar” adlandırırlar. Qeyd edilir ki, Birləşmiş Ştatlar bu layihəni pozmaq üçün sanksiyalardan istifadə edir. Xüsusən də Vaşinqton Rusiyanın qaz nəqli üçün lazım olan ixtisaslaşdırılmış tankerlərin tədarükünü qəbul etməsinə mane olub və Rusiya daxilində alternativ gəmilərin inşasını çətinləşdirib.

Nəşr ABŞ dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Payetdən sitat gətirib: “Bizim (ABŞ - red.) rolumuz “Arctic LNG 2”-nin sıradan çıxmaqla nəticələnməsini təmin etməkdir”.

Seçilən
52
1
Mənbələr
Şərh ()
Bağla