AZ

“Federaaiyanın qarşısında duran əsas məqsədə çatdıq” - Vüqar Əzimov

“Federasiyanın qarşısında duran əsas vəzifə Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq idi. Çox sevinirəm ki, arzumuza çatdıq”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov deyib.

“Bildiyiniz kimi, ilk matçda Çili komandasının oyunçusunun zədələnməsi bizə çox kömək oldu. Monqolustana qarşı ikinci qarşılaşma gərgin alındı. Tiffani Heys bu matçda zədə aldığı üçün Niderlandla görüşdə bilərəkdən oynatmadıq, yarımfinala hazırladıq",- deyə o əlavə edib.

Baş katib bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunlarına komandada olan beş basketbolçudan 4-ü gedəcək: “İyunun əvvəlində Qəbələ şəhərində dünya turu gerçəkləşəcək. Məşqçilər heyəti hansı oyunçuları daha hazır görsələr, onları da aparacaqlar".

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla