AZ

Rusiyanın bu şəhərinin sakinləri daşqın səbəbindən təxliyə olunur

Bakı. Trend:

Rusiyanın Tümen vilayətində İşim şəhərinin sakinlərinin təcilitəxliyəsinə başlanılıb.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV Fövqəladə HallarNazirliyinə (FHN) istinadən məlumat yayıb.

Qeyd olunub ki, sakinlərin təxliyəsi İşim çayında suyunsəviyyəsinin kritik həddə çatması ilə əlaqədardır.

"İşim çayında suyun səviyyəsi kritik dərəcədə artdığından, FHNsakinlərdən dərhal evlərini tərk edərək, təhlükəsiz bölgələrəyollanmağı xahiş edir. Yalnız sənəd və qiymətli əşyaları götürməyəicazə verilir. İşimdə 67 min nəfər yaşayır, şəhər özü isə eyniadlıçayın sol sahilində yerləşir", - məlumatda deyilir.

Xatırladaq ki, Rusiyanın Orenburq vilayətində də daşqınnəticəsində 10 mindən çox sahə və 5 mindən çox ev suyun altındaqalıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
32
18
Mənbələr
Şərh ()
Bağla