AZ

“Bank of Baku” 1-ci rübdə ₼3.5 milyon mənfəət açıqladı

“Bank of Baku” ASC 2024-cü ilin 1-ci rübünü 3 milyon 504 min manat xalis mənfəətlə başa vurub. 2023-cü ilin eyni dövründə isə bankın mənfəəti 9 milyon 539 min manat olub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

Yanvar-mart aylarında “Bank of Baku”nun cəmi gəlirləri 39 milyon 53 min manat (illik müqayisədə 23% çox), cəmi xərcləri 32 milyon 503 min manat olub.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu il aprelin 1-nə “Bank of Baku”nun aktivləri 922 milyon 560 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 5.9% çoxdur. Bunun 669 milyon 360 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 1.6% böyüyüb.

Bankın müştərilərə verilmiş kreditlərindən 487 milyon 565 min manatı istehlak kreditləri, 142 milyon 882 min manatı biznes kreditləri, 38 milyon 897 min manatı daşınmaz əmlak kreditləridir.

Hesabat dövründə bankın cəmi kapitalı 2.5% artaraq 142 milyon 526 min manat, cəmi öhdəlikləri 7% artaraq 780 milyon 34 min manat təşkil edib.

Seçilən
122
50
Mənbələr
Şərh ()
Bağla