AZ

Çin liderinden Ukrayna ilə bağlı çağırış

"Ukraynada münaqişəni həll etmək üçün şəxsi maraq güdməsinə deyil, sülh və sabitliyə diqqət yetirmək lazımdır".

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu aprelin 16-da Pekinə üç günlük səfərə gəlmiş Almaniya kansleri Olaf Şolz ilə görüşdə Çin sədri Si Tsinpin deyib.

Çin lideri Ukraynada sülhün əldə olunmasına kömək edəcək dörd prinsipi qeyd edib.

Onun sözlərinə görə, bütün tərəflərin birgə işləməsi çox vacibdir:

“Birincisi, biz sülh və sabitliyin ümumi vəziyyətinə diqqət yetirməliyik və eqoist maraqlar güdməməliyik. İkincisi, vəziyyəti "sərinlətməliyik" və "odun üstünə yağ tökməməliyik". Üçüncüsü, biz sülhün bərpası üçün şərait toplamalı və münaqişələrin daha da genişlənməsinə yol verməməliyik. Dördüncüsü, biz qlobal iqtisadiyyata mənfi təsiri azaltmalı və qlobal sənaye və təchizat zəncirlərinin sabitliyini pozmamalıyıq”.

Humay İSGƏNDƏRLİ

 

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla