AZ

Atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib - VİDEO

Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə, eləcə də nəqliyyatdan atılan zərərli qazlarla  atmosferin çirkləndirilməsinin qarşısının alınmasına yönəlmiş profilaktiki tədbirlər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən fasiləsiz olaraq davam etdirilir.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, tədbir zamanı mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı normadan artıq olan nəqliyyat vasitələri müəyyən edilərək sürücüləri qanunvericiliyə uyğun inzibati məsuliyyətə cəlb edilib.

Sürücülərə bir daha izah olunub ki, onlar istifadələrində olan nəqliyyat vasitələrinin texniki sazlığını, eləcə də avtomobildən ixrac olunan qazların tərkibinin normalara uyğun olmasını daim nəzarətdə saxlamalıdırlar.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla