AZ

Dövlət Komitəsi rəsmisi: Tikinti ilə bağlı tələblər baxımından qanunvericiliyin təkmilləşdirilməsi zərurətdir

Bakı, 16 aprel, AZƏRTAC

Tikinti ilə bağlı tələblər baxımından qanunvericiliyin təkmilləşdirilməsi zərurətdir.

Süni torpaq sahələri ilə bağlı hüquqi tənzimləməyə ehtiyac duyulur. Bununla bağlı hazırlanmış qanun layihəsi Torpaq Məcəlləsinə, həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 16-da keçirilən iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Rəşad İsmayılov deyib.

Komitə rəsmisi bildirib ki, sənəddə təhlükəsizlik məsələləri də öz əksini tapıb. Qanun layihəsinin süni adaların yaradılması ilə bağlı fəaliyyəti tam əhatə edəcəyini diqqətə çatdıran R.İsmayılov süni adada işlərin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçiriləcəyini diqqətə çatdırıb.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla