AZ

Pakistanda fəlakət: Hökumət dəhşətli nəticəni açıqladı

Pakistan hökuməti son 3 gündə leysan yağışları, ildırım çaxması və daşqınların dəhşətli nəticələrini açıqlayıb.

Publika.az xəbər verir ki, hökumət təbii fəlakət nəticəsində ən azı 55 nəfərin öldüyünü bildirib. Səlahiyyətlilər Hayber Paxtunhvada 12, Pəncabda 21 və Bəlucistanda 10 nəfərin öldüyünü bildirib.

Bir çox şəhərdə evlər, küçələr, avtomobillər sel sularının altında qalıb. Pakistanın baş naziri Şahbaz Şərif Milli Fəlakət İdarəsinə bütün şəhərlərlə koordinasiya etməyi tapşırıb.

Pakistanda həftə boyu intensiv yağışların davam edəcəyi gözlənilir.

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla