AZ

Könüllülər üçün “Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsinə start verilir

Könüllülər

Bakı, 16 aprel, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı könüllülər üçün “Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsinə start verir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ekoloji Bilik Gününə həsr edilən layihənin məqsədi gənc nəslin ekoloji şüurunun formalaşmasına təsir göstərmək, onların ətraf mühit sahəsində məlumatlılıqlarını artırmaq və bu sahədə onlara məsuliyyət hissini aşılamaqdır.

İki ay müddətində davam edəcək layihə çərçivəsində 17-25 yaş arasında 100 gənc könüllüyə ətraf mühit sahəsində hər həftə müxtəlif mövzularda nəzəri və praktiki biliklər veriləcək.

Silsilə formatda keçiriləcək təlimlərin sonunda imtahan olacaq. İmtahandan uğurla keçmiş şəxslər sertifikat və kiçik hədiyyələrlə təltif ediləcək.

Seçilən
36
1
Mənbələr
Şərh ()
Bağla