AZ

Türkiyə XİN rəhbəri Qətərə gedəcək

Xarici işlər naziri Hakan Fidanın diplomatik səfərləri davam edir.

“İki sahil” CNN-ə istinadla xəbər verir ki, Türkiyə XİN rəhbəri sabah Qətərə gedəcək.

Səfər çərçivəsində nazir Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşəcək.

Görüş zamanı Fələstindəki vəziyyət müzakirə olunacaq. Onlar ikitərəfli əlaqələrlə yanaşı, regional hadisələri də müzakirə edəcəklər.

Fidan və Əl Tani sonuncu dəfə martın 12-də telefonla danışıb və Qəzzadakı son vəziyyəti dəyərləndiriblər.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla