AZ

Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

Bakı. Trend:

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrətənzimləyici qurumu İnformasiya Kommunikasiya TexnologiyalarıAgentliyinə (İKTA) fəaliyyətləri barədə məlumat təqdim etməkdənyayınan “Fibernet” və “ButaTelecom.az” MMC-lər cərimələnib.

İKTA-dn Trend-ə verilən məlumata görə, adıçəkilən provayderlərbarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin370-2.1-ci maddəsinə (telekommunikasiya operatoru və provayderitərəfindən sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmaması)uyğun olaraq cərimə növündə inzibati tənbeh tətbiq edilməsihaqqında məhkəmə qərarları qəbul edilib.

İKTA bir daha vurğulayır ki, sahə üzrə məlumatların toplanmasıtelekommunikasiya xidmət bazarlarında təhlillərin aparılması vəxidmət bazarlarının formalaşdırılması istiqamətində müvafiqtədbirlərin görülməsində mühüm əhəmiyyət kəsb edir.

Sorğulara vaxtında, tələb edilən qaydada və ətraflı cavabverməyən və qanunla üzərilərinə qoyulmuş digər öhdəlikləri icraetməyən operator və provayderlərə qarşı qanunvericiliyə uyğunolaraq tədbirlər görülməsi istiqamətində işlər davametdiriləcək.

Qeyd edək ki, İnformasiya Kommunikasiya TexnologiyalarıAgentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları vərabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə vənəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Seçilən
21
15
Mənbələr
Şərh ()
Bağla