AZ

Mərkəzi Bankın sədri: Türkiyə digər sahələrdə olduğu kimi, sığorta sahəsində də əsas tərəfdaşımızdır

Mərkəzi

Bakı, 16 aprel, AZƏRTAC

Qardaş Türkiyə digər sahələrdə olduğu kimi, sığorta sahəsində də əsas tərəfdaşımızdır.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycan Insurtech Zirvə" tədbirində Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

O qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı və sığorta bazarının iştirakçıları Sığorta və Özəl Pensiyalara Tənzimləmə və Nəzarət Qurumu, Sığorta Bilgi Mərkəzi, Fövqəladə Hallar Sığortası Qurumu, Türkiyə Sığorta Birliyi, Türkiyə Sığorta İnstitutu və Türkiyənin digər təşkilatları ilə fəal əməkdaşlıq edirlər.

"Mərkəzi Bank hazırda sığorta sektorunun rəqəmsal transformasiyasının dəstəklənməsi məqsədilə yeni tənzimləmə çərçivəsi yaratmışdır. Tərəfimizdən 2024-cü ilin 31 yanvar tarixində “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası” təsdiqlənərək “fintech”lərin fəaliyyətinin hüquqi bazası formalaşdırılıb. İnanıram ki xüsusi tənzimləmə rejimi vasitəsilə “fintech”lərin ayrılmaz tərkib hissəsi olan “insurtech”lərin fəailiyyətinə təkan veriləcək", - deyə T.Kazımov qeyd edib.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla