AZ

“Bəzi qələbələrə sanki çempion olmuş kimi sevinirsən”

“Oyunun çətin keçəcəyi bəlli idi. “Qəbələ” çox yaxşı oynayır, epizodlar yaradır. Onlara qalib gəlmək asan deyil. Sonuncu pillədə olmalarına önəm vermirdik. Çünki “Qəbələ”yə şans verəndə bağışlamırlar. Sonuncu dəfə burada 0:4 hesabı ilə uduzmuşduq”.

Bu sözləri İdmanxeber.az saytına “Turan Tovuz”un futbolçusu Ayxan Quseynov “Qəbələ” qələbəsi (2:1) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Bəzi səhvlər etsək də, sonuncu dəqiqələrdə xarakter göstərərək qalib gəldik. Çempionatda bəzi görüşlərin nəticəsi çox başqa olur. Geridönüşlə son dəqiqədə qələbə qazanmaq çətindir. Bəzi qələbələrə sanki çempion olmuş kimi sevinirsən. Qəbələdə kifayyət qədər azarkeşimiz var idi. Onlara da təşəkkür edirik. Bizə çox dəstək olurlar. Həmişə onlar üçün mübarizə aparırıq.

Avrokuboklar üçün ciddi hədəfimiz yoxdur. Amma hər kəs irəli getmək istəyir. Bizə konkret avrokubok hədəfi qoyulmayıb. Meydana çıxıb öz futbolumuzu oynayırıq. Bu gün yuxarı pillələrə yaxınlaşmışıq. Bizdə çatışmayan stabillikdir. Onu düzəltməyə çalışırıq”.

Rusiya vətəndaşı olan 25 yaşlı yarımmüdafiəçi növbəti dəfə Azərbaycan millisində oynamaq istədiyini bildirib:

“Rusiya vətəndaşı olsam da, təmiz azərbaycanlıyam. Millimizdə çıxış etmək istəyərəm. Bunun üçün bir az daha artırmalıyam. Düzdü, özümü o səviyyədə görürəm. Amma mənim vətəndaşlıq problemim də var. Niyəsə bu məsələdə müəyyən çətinlik yaranır. Rusiya vətəndaşı olduğum üçün hələlik Azərbaycan pasportu ala bilmirəm”.

Həsən Quluzadə

 

 

 

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla