AZ

İcma “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu”nu ifşa etdi

Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Demokrat.az həmin bəyanatı təqdim edir:

“Son dövrlər “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu” adlı qurum davamlı olaraq Azərbaycanı hədəfə almaqdadır:

“Ermənistanda bir nəfər də azərbaycanlının qalmamasını, bu dövlətin Azərbaycan ərazisini işğal edib orada törətdiyi çoxsaylı soyqırımı aktlarını görməzdən gələn bu kontorun fəaliyyəti demək olar ki, ancaq və ancaq Azərbaycana qara yaxmaqdan ibarətdir.

Qurumun fəaliyyəti haqqında açıq mənbələrdə yayılmış məlumatları diqqətlə gözdən keçirdikdə bu uydurma qurumun canfəşanlığının əsl səbəbləri məlum olur. Terrorçuluğun maliyyələşdirilməsi ittihamı ilə Azərbaycanda istintaq altında olan fırıldaqçı Ruben Vardanyan və digər dələduz Nubar Afyan tərəfindən maliyyələşdirilən bu “institut” əslində muzdlu mirzələrdən ibarət yığıntıdır. Qurumun heyətində E.Poqosyan, L.Mirzoyan kimi erməni diasporunun radikal ünsürlərinin geniş təmsil olunması da təəccüb doğurmur.

Seçilən
62
2
Mənbələr
Şərh ()
Bağla