AZ

İranın İsrailə hücumundan sonra Əfqanıstanda cihadçılar HƏRƏKƏTƏ KEÇİB

İranın İsrailə hücumundan sonra Əfqanıstanın şimalında cihadçılar güclənməyə başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Müasir Əfqanıstanın Tədqiqi Mərkəzinin (CISA) eksperti Andrey Serenko yazıb.O bildirir ki, Əfqanıstanın şimalında cihadçılar hərəkətə başlayıb.

İranın İsrailə hücumundan sonra “Əl-Qaidə”, “İŞİD-Xorasan”, “Ceyş ül-Adl” kimi islamçı təşkilatların komandirləri və yaraqlıları Əfqanıstanın şimalında əməliyyatların intensivləşdirilməsi barədə göstərişlər alıblar.

Ehtimal olunur ki, İran və İsrail arasında hərbi münaqişənin daha da genişlənməsi Əfqanıstanın şimalındakı bəzi hissələrin sabitliyini pozmaq üçün istifadə oluna bilər.

Serenko qeyd edir ki, bu, istər-istəməz Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyinə təsir göstərəcək.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla