AZ

"Gürcüstanda feminizm, LGBT hüquqları adı altında siyasi təzyiq göstərməyə çalışırlar" - Politoloq

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə "Xarici agentlər" haqqında qanuna qarşı keçirilən etiraz aksiyasında 14 nəfəri saxlayıb. Məlumata görə, onlar ictimai asayişi pozub, asayiş keşikçilərinə müqavimət göstərib, habelə polis əməkdaşlarını təhqir ediblər.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Tural ismayılov bildirib ki, Gürcüstanda "Xarici agentlər" haqqında qanun layihəsi təkcə xaricdən ölkəyə ixrac edilməyə çalışılan imperializmin qarşısını almağa kömək etmir, həm də Gürcüstanda ənənəvi dəyərlər sisteminə qarşı çevrilən yad dünyagörüşlərə qarşı da ciddi müqavimət yaradır.Gürcüstanda da ənənəvi Qafqaz düşüncə sisteminə və mentalitetinə uyğun olmayaraq feminizm, LGBT hüquqları adı altında bir çox məsələlərdən istifadə edərək siyasi təzyiq göstərməyə çalışırlar:

"Xarici agentlər" haqqında qanun layihəsi Gürcüstanda Qərbin ssenariləşdirdiyi planlaların qarşısını almağa yönəlib. Gürcüstanın yeni seçilən hökuməti ölkədə növbəti xaosun olmasını istəmir və 2008-ci il hadisələrindən sonra artıq Gürcüstanda milli dəyərlərə sahib çıxan, Qərb tərəfindən Gürcüstana ixrac edilməyə çalışılan təhlükəli ssenarilərin fərqinə varan hökumət komandası formalaşıb. İndi onlar ölkəyə müxtəlif QHT-lər, donor təşkilatları, ictimai-siyasi institutlar adı altında eksponsiyalar həyata keçirən imperialist şəbəkələrin təhlükəli planlarının fərqindədir. Eyni zamanda biz bilirik ki, Gürcüstanda da ənənəvi Qafqaz düşüncə sisteminə və mentalitetinə uyğun olmayaraq feminizm, LGBT hüquqları adı altında bir çox məsələlərdən istifadə edərək siyasi təzyiq göstərməyə çalışırlar. Gürcüstan öz milli adət-ənənəsinə, düşüncə sisteminə, milli identikliyinə uyğun gəlməyən belə təhlükəli addımların fərqində olduğuna görə bu məsələdə qabaqlayıcı addımlar atmağa çalışır və bütövlükdə Gürcüstanda "Xarici agentlər" haqqında qanun layihəsi təkcə xaricdən ölkəyə ixrac edilməyə çalışılan imperializmin qarşısını almağa kömək etmir, həm də Gürcüstanda ənənəvi dəyərlər sisteminə qarşı çevrilən yad dünyagörüşlərə qarşı da ciddi müqavimət yaradır".


BiG.Az
Seçilən
55
Mənbələr
Şərh ()
Bağla