AZ

"Kapital Bank" böyüməkdə davam edir - HESABAT

Ölkənin ən iri banklarından olan "Kapital Bank" cari ilin ilk rübünün hesabatını açıqlayıb.

FED.az xəbər verir ki, bankın aktivləri ötən ilin son rübündə 8 milyard 766 milyon 814 min manat təşkil edib. Aktivlər son bir ildə 1 milyard 38 milyon 577 min manat və ya 13% artıb.

Bankın kredit portfeli 4 milyard 397 milyon 93 min manat təşkil edib.

Bundan   payına 2 milyard  421 milyon 511 min manatı istehlak kreditlərinin, 1 milyard 391 milyon 636 min manatı biznes kreditlərinin, 583 milyon 907 min manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb.

2022-ci ilin sonu ilə müqayisədə ümumi kredit portfeli 1 milyard 72 milyon 86 min manat (36%), istehlak kredit portfeli 588 milyon 331 min manat (32%), biznes kreditlərinin həcmi 443 milyon 714 min manat, ipoteka kreditlərinin həcmi 140 milyon 42 min manat (32%) artıb.

 

Seçilən
53
1
Mənbələr
Şərh ()
Bağla