AZ

Gənc dərini qorumağın üsulu

"Düzgün qulluq dərinin təravətini uzatmağa kömək edir".

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu cavanlaşma və sağlam həyat tərzi üzrə ekspert, kosmetoloq Svetlana Trifonova deyib.

Komsetoloqun fikrincə, qadının əsl yaşına həmişə "xəyanət" edən bədənin açıq nahiyələrindəki (boyun və üzdəki) dəridir:

"Dəri qorunmalı, qidalanmalı və baxımlı olmalıdır, xüsusən də ilk qırışlar artıq özünü hiss etdiribsə. Dəriyə qulluq məhsulları yaşından asılı olmayaraq diqqətlə seçilməlidir. Qırışların görünməsinin qarşısını almaq üçün qulluq məhsuluna dərinin vəziyyətinə təsir edən əsas vitaminlər dəsti - A, E, F və D daxil edilməlidir. Quru və həssas dəriyə qulluq etmək üçün sizə “nəmləndirici” etiketli məhsullar lazımdır. Ancaq yadda saxlamaq lazımdır ki, dərinin sıxılmasının təsirindən qaçınmaq üçün onlardan istifadə etdikdən sonra dərhal soyuğa çıxmamalısınız".

Humay İSGƏNDƏRLİ

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla