AZ

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı ilk solo konsert təqdim olunacaq

Mayın 7-də Beynəlxalq Muğam Mərkəzində beynəlxalq və respublika müsabiqələri laureatı, ifaçı- pedaqoq Humay Aslanova “Humayla” adlı ilk solo konsertini təqdim edəcək.

Kulis.az xəbər verir ki, konsert Ulu Öndər Heydər Əliyevin əbədi xatirəsinə həsr olunur.

Səhnə fəaliyyətinin 30 illiyini qeyd edən ifaçı tamaşaçılarla görüşə rəngarəng proqramla gəlir.

Konsertdə canlı ansamblın müşayiəti ilə Azərbaycan xalq mahnıları, yerli və xarici estrada kompozisiyaları təqdim olunacaq.

Seçilən
19
3
Mənbələr
Şərh ()
Bağla