AZ

İranla İsrail arasında gərginlik davam edir: TƏFƏRRÜATLAR

İran və İsrail arasında gərginlik davam edir. İranın cavab addımından sonra İsrail Hərbi Hava Qüvvələri əks-hücum üçün hazırlıqlarını başa çatdırdığını açıqlayıb.

BAKU.WS xəbər verir, İsrail Dövlət Televiziyası "Kan" öz yayımında hücumun hansı formada olacağı ilə bağlı heç bir məlumat verməyib.

Bildirilib ki, İranda sui-qəsd əməliyyatları və ya genişmiqyaslı elektron hücum uzaq hesab edilmir.

İrana qarşı əməliyyatlar və ya genişmiqyaslı elektron hücumun həyata keçirilməsi ilə bağlı mesajlar verilib.

Bu bəyanatlara cavab olaraq Tehran administrasiyası tərəfindən də açıqlama verilib. İran xarici işlər nazirinin müavini Əli Bakıri İsrailin mümkün hücumuna saniyələr ərzində cavab verəcəklərini bildirib.

İranın hər ehtimala hazır olduğunu bildirən Bakıri, "İranın reaksiyası daha sərt, daha güclü və daha sürətli olacaq", - deyib.

Seçilən
33
2
Mənbələr
Şərh ()
Bağla