AZ

Taleh Kazımov: Azərbaycanda sığorta sisteminin İT sahəsində kadr potensialının artırılması prioritet məsələlərdəndir

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı 2024-2026-cı illərdə “Maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə bazarlarında göstərilən maliyyə xidmətlərinin rəqəmsallaşdırılması, həmçinin yerli bazar üçün yeni innovativ maliyyə məhsullarının təqdim olunması və bununla da ölkəmizdə maliyyə inklüzivliyinin artırılması istiqamətində davamlı tədbirlər həyata keçirməyi hədəfləyir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

O qeyd edib ki, ölkəmizdə sığorta sahəsi ilə paralel olaraq, həmçinin fintechlərin və insurtechlərin inkişafı istiqamətində də bir sıra layihələr həyata keçiriləcək. "Bildiyiniz kim, Azərbaycanda artıq açıq bankçılıq sistemi istifadəyə verilib. Bu da öz növbəsində fintechlər və insurtechlərin inkişafına töhfə verəcək. Bu gün biz burada Türkiyə təcrübəsindən da faydalanmaq istəyirik. Həmçinin ölkəmizdə sığorta sistemində İT sahəsində kadr potensialının artırılması bizim üçün prioritet məsələlərdəndir. Bu istiqamətdə bir sıra işlər görülüb, lakin bu işlərin daha da genişləndirilməsi planlaşdırılır", - deyə T.Kazımov əlavə edib.

 

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla