AZ

“Crocus City Hall” terrorunda Fransa izi

Kütləvi terrorların baş verməsi bugünkü dünyanın acı reallığıdır. Son olaraq belə kütləvi terror aktlarından biri Moskvada “Crocus City Hall”da törədildi. Aralarında uşaqlar və qadınlar da olmaqla onlarla insanın həyatına son qoyan dəhşətli terroru törədənlərin bir çoxu məhv edilib və yaxud saxlanılıb. Ancaq terror aktını fiziki olaraq törədənlər, necə deyərlər, aysberqin yalnız görünən tərəfidir. Alt qatda gizli mətləblər yatır. Sağ qalan terrorçulardan alınan ifadələrdən bəlli olur ki, onlar qanlı olayı maddi maraq müqabilində reallaşdırıblar. Bəs “Crocus City Hall” terrorunun sifarişi haradan və kimdən, hansı dairələrdən gəlib?

Fransa ilə bağlı şübhələr artır

Çox doğru olaraq “Crocus City Hall” terroru məhdud sayda icraçının həyata keçirdiyi lokal xarakterli hadisə kimi yox, həm də transmilli cinayət faktı qismində araşdırılır. İzlər həm də Fransaya doğru uzanır. Son günlərdə “Crocus City Hall” terrorunun sifarişinin Fransadan, daha konkret desək, prezident Emmanuel Makron iqtidarına bağlı olan dairələrdən gəldiyi ilə bağlı ehtimallar daha qətiyyətlə səsləndir?lir. Məsələn, Rusiya Milli Təhlükəsizik Şurası sədrinin müavini Dmitri Medvedev “Crocus City Hall”da baş verən hadisədə Fransa prezidenti Emmanuel Makronun adını çəkib. Müxtəlif dəyərləndirmələrə əsasən, rəsmi Paris bu dəhşətli terror aktının sponsorlarındandır.

Rusiya kimi nəhəng bir dövlətin yüksəksəviyyəli rəsmisinin Fransanın ünvanına belə məzmunlu açıqlama ilə çıxış etməsi heç bir halda təsadüfi sayıla bilməz. D.Medvedev kifayət qədər geniş informasiyalara malikdir və onun tutduğu postun məsuliyyəti çox böyükdür. Bu ranqlı məmurlar bir qayda olaraq əsası olmayan məlumatları ictimaiyyətə sızdırmırlar. Əgər D.Medvedev məsul bir şəxs kimi, məlum ittihamları publik şəkildə dilə gətiribsə, deməli, ortada təkzibolunmaz faktlar var.

Diqqəti çəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, “Crocus City Hall” terrorunda E.Makron hakimiyyətinin izi getdikcə gərginləşən Rusiya-Fransa münasibətləri kontekstində araşdırılır. Hazırda Fransa kollektiv Qərbin Rusiyaya qarşı koalisiyasında yüksək fəallığı ilə fərqlənir. E.Makron daim şimal qonşumuza təzyiqləri artırmağı və sanksiyaların əhatə dairəsinin genişləndirilməsini özündə edən çağırışlarla gündəmə gəlir. Onun Ukraynaya canlı qüvvə ilə dəstək göstərilməsinin zəruriliyini əsaslandırması Rusiyada hiddətlə qarşılanıb. 

Dünyada terrorçuluqda ad çıxaran Fransa

“Crocus City Hall” terrorunda Fransanın əl olması ehtimallarını həmçinin bu ölkənin bütün dünyada tarixən terrorçuluqda ad çıxarması amili ilə bağlıdır. Bu ölkə 500 illik müstəmləkəçilik tarixində Afrikada, dənizaşırı ərazilərdə əsarətində saxladığı xalqlara qarşı kütləvi terror aktları, soyqırımı cinayətləri törədib. Fransa Türkiyəyə qarşı fəaliyyət göstərən bütün terror qruplaşmalarının üzvlərinin və liderlərinin ənənəvi olaraq sığınacaq tapdıqları məkan kimi tanınır. Sonralar bu sıraya ermənilərin ASALA terror təşkilatı da daxil oldu. Bu qruplaşma Fransanın himayəsi altında olan Livanın Beyrut şəhərində 1980-ci illərdə yaradılıb. Onun türklərə qarşı törətdiyi çoxsaylı cinayətlərin izləri tarixdə həmişəlik qalıb. Bundan başqa, 1981-ci ildə bu ölkədə erməni gəncləri “Orli qrupu”terror təşkilatını qurublar. Bu qrup 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib. Siyahı kifayət qədər uzundur.

Fransa terrorunun izləri həmçinin Azərbaycana da uzanıb. Otuz ili əhatə edən işğal dövründə Ermənistan torpaqlarımızda amansız terror hadisələri törədib.

Postmüharibə dövründə aşkar olunan kütləvi məzarlıqla, bunu əyani şəkildə təsdiqləyir. Ermənistanın terror əməlləri birmənalı şəkildə pislənilməlidir. Bəs Fransa bunu edirmi? Əsla yox! Əksinə E.Makrondan siyasi sifarişlər alan Fransa hökuməti  terror dövləti olan Ermənistana havadarlıq edərək Azərbaycan əleyhinə davamlı fəaliyyətlər ortaya qoyur. Ötən ilin dekabrında Fransanın Azərbaycandakı casus  şəbəkəsinin ifşa olunması da bu ölkənin hakimiyyətinin xəbis niyyətlərindən xəbər verir.  Bu mənada analitiklər rəsmi Parisin əli ilə Moskvada Azərbaycan əsilli iş adamlarına məxsus konsert zalında məlum terrorun törədilməsini də təsadüfi saymırlar. Bildirilir ki, Yelisey sarayı bu cinayətə rəvac verməklə Azərbaycanla Rusiya arasında əlaqələrə xələl gətirmək, Rusiyada dini və etnik zəmində nifaqı qızışırmaq məqsədi güdüb.

Mübariz FEYİZLİ

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla