AZ

JICA Orta Dəhlizin logistikasının inkişafına dəstək verə bilər (ÖZƏL)

Bakı. Trend:

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) Orta Dəhlizinlogistika funksiyalarının gücləndirilməsinə dəstək imkanınınəzərdən keçirir.

Bu barədə Trend-ə şirkətdəki mənbədən bildiriblər.

"Azərbaycanın əlverişli coğrafi mövqeyi, cəlbedici dövlətstimulları və biznes mühitinin yaxşılaşdırılması istiqamətindəsəylər ölkəni həm formalaşmış, həm də inkişaf edən sektorlardaimkanlar axtaran investorlar üçün arzuolunan yerə çevirir.

Azərbaycanın Avropa və Asiyanı birləşdirən ölkə olaraq əlverişlimövqeyi ölkənin nəqliyyat infrastrukturuna, o cümlədən, avtomobilvə dəmir yollarının, limanların inkişafına investisiyalara təşviqedib. Hazırda JICA Orta Dəhlizin logistika funksiyalarınıngücləndirilməsi üçün dəstək imkanını nəzərdən keçirir", - deyəagentlikdən qeyd ediblər.

Agentlikdən xatırladıblar ki, 2022-ci ildə JICA Azərbaycandagünəş fotoelektrik stansiyası layihəsini həyata keçirən "MasdarAzerbaijan Energy" MMC ilə layihə maliyyələşdirməsi haqqında kreditsazişi imzalayıb.

"Bu, Azərbaycanda ilk irimiqyaslı günəş enerjisi (230 meqavatt)layihəsidir. Layihə çərçivəsində həm tikinti, həm də istismar özəlşirkət tərəfindən həyata keçiriləcək. Azərbaycan hökuməti Parissazişinə sadiq olmaq niyyətindədir və bərpa olunan enerjimənbələrinin payını 2030-cu ilədək 30 faizə çatdırmağa çalışır.

Layihə bu məqsədlərin əldə olunmasına imkan yaradacaq və sabitelektrik enerjisi tədarüklərini təmin edəcək. JICA Azərbaycandabərpa olunan enerji, nəqliyyat və logistika sahələrində dövlət-özəltərəfdaşları üzrə bu cür layihələri dəstəkləməyə davam etməyəhazırdır", - deyə mənbə əlavə edib.

JICA-dan, həmçinin, qeyd ediblər ki, agentliyin Azərbaycandafəaliyyət prioritetləri iqtisadi infrastruktur, sosial sektor vəinsan resurslarının inkişafıdır. Həmçinin, artım üçün, əsasən, nefthasilatı, eləcə də, qeyri-neft sektorunun inkişafı ilə şərtlənəninfrastrukturun inkişafı da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan"orta səviyyədən yüksək gəlirə malik" ölkə olaraq təsnifedildiyindən, JICA-nın İnkişafa Rəsmi Yardım çərçivəsində borcayırma üzrə əməliyyatları aşağıdakı 4 sahə üzrə məhdudlaşır: i)Ətraf mühit; ii) İnsan resurslarının inkişafı; iii) Təbiifəlakətlərdən qorunma və bərpa üzrə tədbirlər; və iv) Şəhəryoxsullarının həyat səviyyəsini yaxşılaşdırmaq üçün şəhəryerlərində sosial infrastrukturun inkişafı.

JICA 15 milyard dollardan yuxarı illik əməliyyat büdcəsinə malikolmaqla dünyada inkişaf məqsədilə yardım göstərən ən böyükikitərəfli təşkilatdır. Agentlik təkcə Azərbaycanda deyil, bütündünyada inkişafa mühüm töhfə verir. JICA Yaponiya üçün İnkişafaRəsmi Yardım qismində mühüm rol oynayır.

JICA Yaponiyanın universal İnkişafa Rəsmi Yardım mərkəzi olmaqlaqrantlar, maliyyələşdirmə və investisiyalar, könüllülər, özəlsektorla texniki əməkdaşlıq və tərəfdaşlıq kimi geniş çeşidlixidmətlər təklif edir. Dünyada ikitərəfli yardım göstərənagentliklərin ən böyüyü olan JICA 150-dən çox ölkə və regiondafəaliyyət göstərir və 90-a yaxın xarici nümayəndəliyə malikdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
32
50
Mənbələr
Şərh ()
Bağla