AZ

Yaponiya əhalisinin sayı kəskin azalıb

2023-cü ildə Yaponiya əhalisi əvvəlki ilə nisbətən 595 min nəfər azalaraq 124 milyon 352 min nəfərə düşüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər və Rabitə Nazirliyi məlumat yayıb.

Məlumatda Yaponiya əhalisinin son 13 ildə dəfələrlə azaldığı qeyd olunub.

Ölkə daxilində yaşayan əcnəbilər nəzərə alınmasa, Yaponiya əhalisi əvvəlki ilə nisbətən 837 min nəfər azalaraq 121 milyon 193 min nəfərə çatıb.

Bu, 1950-ci ildən sonra qeydə alınan məlumatlara görə, bu, ən böyük azalmadır.

Belə ki, yaşı 65-dən yuxarı olan əhalinin sayı 36 milyon 227 min nəfərə, 75 yaşdan yuxarı olanların sayı 20,08 milyona yüksəldiyi halda, 0-14 yaş arası əhalinin sayı azalaraq 14 milyon 173 min nəfərə çatıb.

Yaponiyanı təşkil edən 47 inzibati rayon arasında əhalisi 0,34 faiz artan yeganə bölgə paytaxt Tokio olub.

Ən çox əhali itkisi şimal-şərqdəki "Tohoku" bölgəsində yerləşən Aomori, İvate və Yamaqata prefekturalarında baş verib.

Bununla yanaşı, ölkədə yaşayan əcnəbi əhalinin sayı 243 min nəfər artaraq 3,16 milyon nəfərə çatıb.

Şəbnəm Mehdizadə

Seçilən
44
50
Mənbələr
Şərh ()
Bağla