AZ

Simeone: "Özümüzə güvənirik"

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasında bu gün Dortmund "Borussiya"sına qarşı keçirəcəkləri yarımfinal oyunu haqda fikirlərini bölüşüb.

Futbolpress.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, mütəxəssis matçdan gözləntiləri haqda danışıb:

"Güclü komanda ilə qarşılaşacaq. Onlar yüksək templə başlayacaqlar. Oyunun sonuna qədər səviyyəmizi qorumalıyıq. Hər şey qaydasındadır və özümüzə güvənirik. Yaxşı oyun olacaq. "Borussiya"nın cinahlarında keyfiyətli və sürətli oyunçular var. Onları təhlil etmişik".

Oyun saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk matçda "Atletiko" qələbə qazanıb - 2:1.
Seçilən
42
Mənbələr
Şərh ()
Bağla