AZ

Qurbağa bağlamaq, kəhrəba düzmək - Zobu müalicə edirmi?

"Bəzi zob xəstələri gülünc olsa da kəhrəbanın, qurbağanın zoba faydalı olub-olmaması haqqında suallar verirlər. Soruşurlar ki, edə bilərikmi. Hətta bəziləri sınaq edib daha sonra gəlirlər." Sağlamolun.az xəbər verir ki, bu sözləri endokrinoloq Hidayət Məmmədzadə Səhiyyə TV-yə müsahibəsi zamanı deyib.
O bildirib ki, birmənalı şəkildə fundamental təbabətdə, endokrinologiyada kəhrəbanın, zəli müalicəsinin, qurbağa qoymağın heç bir elmi əsası yoxdur: "İnsanlara bu kimi cəfəngiyyat fikirlərdən uzaq olmağı məsləhət görürəm. Əgər zob probleminiz varsa, bunu gecikmədən həkimə müraciət edərək müalicə edə bilərsiniz".

Saglamolun.Az





Seçilən
36
Mənbələr
Şərh ()
Bağla