AZ

DYP əməkdaşları azyaşlının həyatını belə xilas etdi -99-YP-239 - ANBAAN VİDEO

Abşeron rayonu ərazisində vəziyyəti ağır olan azyaşlı DYP əməkdaşlarının köməyi ilə vaxtında xəstəxanaya çatdırılıb. Bu barədə Avtosfer.az-a xəstənin yaxınları məlumat verib.

Bildirilib ki, Abşeron rayon ərazisində 99-YP-239 dövlət nömrə nişanlı patrul avtomobili ilə xidmət aparan Zəngilan rayon DYPB-nin əməkdaşları baş inspektor Allahverdiyev Samir və inspektor Hesenov Faiq onlara müraciət edən 54-BN-524 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin sürücüsünə köməklik edib.

Belə ki, avtomobildə olan azyaşlı Zeyn İbrahim Yusif oğlunun vəziyyəti qəfildən pisləşib. DYP əməkdaşları avtomobili müşayət edərək yolu açıb və xəstə təcili olaraq Sumqayıt şəhər Xəstəxanasına çatdırılıb.

Həkimlərin vaxtında müdaxiləsi sayəsində azyaşlının həyatını xilas etmək mümkün olub.

Uşağın valideyinləri və yaxınları DYP əməkdaşlarının simasında Daxili İşlər Nazirliyinin rəhbərliyi və əməkdaşlarına təşəkkürlərini bildiriblər.

Xəstənin yaxınlarından birinin çəkdiyi videonu təqdim edirik:

Orxan

 

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla