AZ

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi keçirilir

Bakı, 16 aprel, AZƏRTAC

Bakı Konqress Mərkəzində Azərbaycan Mərkəzi Bankının, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) və Türkiyə tərəfindən “İnsurTech Hub”ın təşkilatçılığı ilə ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdən öncə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, Azərbaycan iqtisadiyyatı hazırda keyfiyyətcə yeni dövrə qədəm qoyub. Sığorta bazarının inkişafı ilə bağlı həyata keçirilən layihələr əhalinin rifahına töhfə vermək məqsədi daşıyır.

O qeyd edib ki, toplantının əsas məqsədi Türkiyə sığorta şirkətlərinin rəqəmsallaşma sahəsindəki təcrübələrini öyrənmək və Türkiyənin sektor lideri olan texnologiya brendləri ilə birgə Azərbaycanın sığorta bazarında rəqəmsallaşmanın inkişafına töhfə verməkdir.

Tədbirdə Türkiyənin müxtəlif sığorta təşkilatları, o cümlədən Türkiyənin iri sığorta şirkətləri, insurtech-lər, sığorta-maliyyə texnologiyaları şirkətləri iştirak edirlər.

Seçilən
40
2
Mənbələr
Şərh ()
Bağla