AZ

MAQATE İranın nüvə proqramından məlumatsızdır

MAQATE

“İranın zənginləşdirilmiş uran ehtiyatının çox olması hələ o demək deyil ki, Tehranın nüvə silahı var. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə proqramının mövcudluğu barədə məlumatı yoxdur”.

Reyting.az
xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Rafael Qrossi BMT Təhlükəsizlik Şurasının iclasından sonra deyib.

“Uranın çox yüksək səviyyədə toplanması avtomatik olaraq o demək deyil. Bizdə İranın nüvə proqramı olduğuna dair heç bir məlumat və ya əlamət yoxdur”, - deyə Qrossi bildirib.

Onun sözlərinə görə, Tehranın ixtiyarında olan zənginləşdirilmiş uran ehtiyatlarının texniki cəhətdən eyni silah səviyyəli miqyası beynəlxalq ictimaiyyət arasında ehtiyatlılıq və suallar yaradır.

MAQATE rəhbəri əlavə edib ki, İranın zənginləşdirilmiş uranının böyük həcmdə olması məsələsini müzakirə etmək üçün bir neçə həftə ərzində Tehrana səfər etmək istəyir:“Ümid edirəm ki, yaxın bir neçə həftə ərzində Tehrana qayıdacağam və vəziyyəti normallaşdırmağa çalışacağam. Həmçinin ümid edirəm ki, vəziyyəti yüksək əməkdaşlıq səviyyəsinə çıxara biləcəyəm. Fikrimcə, daha yaxşı ola biləcək səviyyəli çıxış əldə edirik”.

V. QULİYEV
Seçilən
114
16
Mənbələr
Şərh ()
Bağla