AZ

İranı İsrailə hücuma kim cəsarətləndirdi? – Britaniyadan iddia

İranın İsrailə hücumu və Ukraynadakı müharibə Qərbin təhdidlərin qarşısını almaqda artan zəifliyini nümayiş etdirir. Bunu ciddiyə almamaq qlobal nizamın dağılmasına səbəb ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu britaniyalı jurnalist Debora Qeyns deyib.

Onun sözlərinə görə, Rusiya, İran, Çin və Şimali Koreya hərbi güclərini artırdıqca, Avropa ölkələri isə onu məhv etdikcə, Qərbdə sürətli silahlanma çağırışları getdikcə daha çox yayılır. Tehranın raket-dron hücumu göstərdi ki, avtoritar dövlətlər getdikcə daha cəsarətli olur. Qeynsin fikrincə, bu, ABŞ və Böyük Britaniyanın xəbərdarlıqları nəzərə alınmayaraq həyata keçirilib.

“Qərb təhlükəsizlik xidmətlərindəki mənbə bildirib ki, Tehranın bu hücumu reallaşdırması molla rejiminin Qərbin Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı zəifliyindən ilhamlandığının göstəricisidir. Rusiya qoşunları da yavaş-yavaş Ukraynada mövqelərini möhkəmləndirir”, – britaniyalı jurnalist vurğulayıb.

O hesab edir ki, əgər genişmiqyaslı müharibənin əvvəlində Qərb silahları ilə dəstəklənən Ukrayna ordusu geri çəkilməyə məcbur edən Rusiyanı rüsvay etmişdisə, indi vəziyyət dəyişib:

“Putin iqtisadiyyatını hərbi relsə saldı, İran və Şimali Koreyadan külli miqdarda sursat aldı, avadanlıq və sursat istehsalını artırdı. Qərb ölkələri sərt danışsalar da, çox ləng hərəkət etdilər. Bu səbəbdən Ukrayna ordusunda ciddi silah çatışmazlığı var.

Defisit tez bir zamanda aradan qaldırılmasa, baş verənlər daha da təhlükəli olacaq. NATO müttəfiqlərinin Ukraynaya Rusiyanın hücumuna müqavimət göstərməsinə imkan verməməsi Ukrayna üçün nəinki dağıdıcı, həm də böyük təhlükə yaradacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
29
Mənbələr
Şərh ()
Bağla