AZ

Naxçıvanda bu ilin yanvar-mart ayları ərzində 2052 çıxarış verilib

Naxçıvanda

Naxçıvan, 16 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-mart ayları ərzində 2052 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, cari ilin ilk 3 ayı ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 789-u fərdi yaşayış evi, 300-ü mənzil, 840-ı torpaq sahəsi, 32-ü qeyri-yaşayış binası, 81-i qeyri-yaşayış sahəsi, 9-u əmlak kompleksi, 1-i isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 931-i və ya 45,4 faizi Naxçıvan şəhərinin, qalanı isə rayonların payına düşür.

Cari ilin I rübü ərzində 1850 texniki sənəd parametrləri və həmin sənədlər haqqında digər məlumatlar Milli Qeydiyyat Sisteminə daxil edilib. Həmin dövr ərzində 1313 texniki sənəd tərtib olunub.

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla